Türkiyənin “Boluspor” klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib.
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi komandanı Reha Kemal Erginer çalışdıracaq.
Mövsümə uğursuz start verdiyi üçün bir neçə gün öncə Ahmet Taşyüreki istefaya göndərən klub rəhbərliyi onu məhz Erginer ilə əvəz etməyə qərar verib.
Araz Abdullayev “Boluspor”a bu yay transfer olunub və TFF 1-ci liqa təmsilçisində cəmi bir oyuna çıxıb.