"Sabah"dan ayrıldı, Albaniya klubuna keçdi

16:57 - 25 Avqust 2021

2020/2021 mövsümü başa çatandan sonra “Sabah”ı tərk edən Filip İvanoviç klub axtarışında idi.

Sportal.az xəbər verir ki, serbiyalı müdafiəçi özünə yeni komanda tapıb.

Belə ki, “Sabah”ın sabiq üzvü Albaniyada oynayacaq. O, “Teuta” ilə anlaşıb.

Xəbər xətti