"Araz-Naxçıvan"ın antirekordu: I dövrədə qələbə qazana bilmədilər

18:48 - 8 Noyabr 2026

"Araz-Naxçıvan" Misli Premyer Liqasının I dövrəsində qələbə qazana bilməyib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi keçirdiyi 11 matçda 4 heç-heçə edib və 7 dəfə uduzub. Son 4 mövsümdə ilk dəfə iştirakçılardan biri Premyer Liqanın startında ardıcıl 11 görüşdə qələbə qazanmayıb.

Sonuncu belə seriya 2022/23 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda – “Sumqayıt”la “Şamaxı” ilk 11 turda qalib gələ bilməyib. Qeyd edək ki, 4 il əvvəl də hər iki komanda 11 matçda 4 xal toplayıb.

Xəbər xətti