Ötən mövsüm İspaniya çempionu olan “Atletiko” heyətini braziliyalı futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Madrid klubu “Herta”da çıxış edən Mateus Kunyanı sıralarına qatıb.
Kunya “Atletiko” ilə 5 illik müqavilə imzalayıb. “Koritiba” yetirməsi olan 22 yaşlı futbolçu əvvəllər “Sion” və “Leyptsiq” klublarında da oynayıb.
