"Milan" 20 yaşlı hücumçu transfer etdi

18:17 - 25 Avqust 2021

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın "Monako" klubundan Pietro Pelleqrini rənglərinə bağlayıb. "Milan" 20 yaşlı hücumçunu 1 milyon avro qarşılığında mövsümün sonuna kimi icarəyə götürüb. "Rossonerilər" 6 milyon avro ödəməklə italiyalı forvardı birdəfəlik almaq hüququna malikdi.

 

Qeyd edək ki, Pietro Pelleqri ötən mövsüm "Monako"nun heyətində meydana çıxdığı 17 qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti