Rumıniyalı futbolçu rəsmən "Qalatasaray"da

18:30 - 25 Avqust 2021

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "cim bom" Rumıniyanın FCSB klubundan Olimpiu Vasile Morutanı rənglərinə bağlayıb. Bu bərədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

22 yaşlı vingerlə 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. "Sarı-qırmızılar" bu transfer üçün Rumıniya klubuna 3,5 milyon avro təzminat ödəyəcək.

Xəbər xətti