"Real"ı İtaliya klubuna dəyişəcək

22:39 - 25 Avqust 2021

“Real”ın müdafiəçisi Alvaro Odriosola İtaliyada oynaya bilər.

Sportal.az xəbər verir ki, ispaniyalının xidmətində “Fiorentina” maraqlıdı.

Florensiya təmsilçisi 25 yaşlı müdafiəçini 2 illik icarəyə götürməyə hazırlaşır.

2024-cü ilə qədər “Real”la müqaviləsi olan Odriosola komandada oynamaq şansı olmadığından özü də “kral klubu”nu tərk etmək istəyir.

​“Real Sosyedad” yetirməsi olan 25 yaşlı futbolçu bir müddət “Bavariya”da icarə əsasında çıxış edib. 

Xəbər xətti