Fransa millisinin üzvü "Barselona"da qaldı

11:41 - 26 Avqust 2021

Fransa millisinin müdafiəçisi Samuel Umtiti “Barselona”da qalacaq.

Sportal.az xəbər verir ki, futbolçu ən azından qışa qədər Kataloniya klubunda oynayacaq. Futbolçunun özü və agenti rəhbərliklə görüşdükdən sonra bu qərara gəlinib.

Əslində “Barsa” rəhbərliyi Umtitini heç bir təzminat tələb etmədən buraxmağa hazır olub. Lakin futbolçu özü qışa qədər “Barselona”da oynamaq istəyib. 

Xəbər xətti