Rüfət Dadaşov "Şalke"yə qələbə qazandırdı

12:35 - 26 Avqust 2021

Almaniyanın Qərb Regional liqasında 3-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, “Şalke-2” “Borussiya-2”(Münhenqladbax) klubu ilə üz-üzə gəlib.

Millimizin formasını geyinmiş Rüfət Dadaşov da bu matçda meydana çıxıb.

Qarşılaşmadakı yeganə qolu elə Dadaşov 73-cü dəqiqədə “Borussiya-2”nin qapısından keçirib. O, 80-cı dəqiqədə əvəzlənib.  “Şalke-2”hazırda 4 xalla 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti