"Borussiya"nın futbolçusu "Sevilya"da

12:49 - 26 Avqust 2021

İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Tomas Dileynini rənglərinə bağlayıb. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

30 yaşlı danimarkalı oyunçu ilə 4 illik müqavilə imzalanıb. "Sevilya" bu transfer üçün Almaniya təmsilçisinə 7 milyon avro ödəyib.

 

Qeyd edək ki, Dileyni "Borussiya"ya 2018-ci ildə "Verder"dən transfer olub. O, Danimarka milli komandasının üzvüdü.

Xəbər xətti