"Makkabi" evdə daha yaxşı oynayır, yaxşı azarkeşləri var"

13:06 - 26 Avqust 2021

"Neftçi"nin futbolçusu Voyislav Stankoviç Sportal.az saytına açıqlama verib. 

Konfrans Liqasının pley-off mərhələsinin "Makkabi" ilə cavab qarşılaşması haqda danışan serbiyalı müdafiəçi bunları deyib: "Bakıdakı matçda, fasilədən sonra 20-30 dəqiqə yaxşı oynaya bildik. Hətta hesabı 3:1 etmişdik. Yəni qalib gələ biləcəyimiz oyun olmuşdu. Sadəcə heyf ki, sonda belə alındı.

Buna baxmayaraq biz İsraildəki matçda da maksimumu edəcəyik. Doğrudu, çətin oyun olacaq. Çünki rəqibimizin gücünü hamı gördü. “Makkabi” evdə daha yaxşı oynayır. Yaxşı da azarkeşləri var. Amma biz ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq".

Xəbər xətti