"Neftçi" və "Qarabağ"ın qalib gələrək qruplara qalacağına inanıram"

13:35 - 26 Avqust 2021

“Neftçi” məsələni elə Bakıda həll etməliydi. Qələbə qazanmalıydı. Bunun üçün şansı da var idi. Sadəcə yaddan çıxartdılar ki, futbolu 90 dəqiqə oynayırlar”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Ramal Hüseynov deyib.

Karyerası ərzində “Neftçi” və “Qarabağ” klublarında oynamış Hüseynov, hər 2 komandanın Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasındakı şanslarından danışıb. O, həm “Neftçi”, həm də “Qarabağ”ın qruplara qalacağına inandığını deyib: “Neftçi” üçün İsraildə çətin olacaq. Amma buna rəğmən, mən “Neftçi”nin qalib gələcəyin inanıram.

Allah qoysa, Hayfadan qələbə ilə qayıdarlar. Yusuf Laval komandaya çox kömək ola bilərdi. Məncə, onun yeri görünəcək. Ancaq yenə deyirəm, arxayınçılıq olmasa, “Neftçi” qələbə qazanacaq.

​“Qarabağ”a gəlincə, Şotlandiyadakı oyunda Bakıda oynadığından bir az güc qatsa, rahat qələbə qazanacaq. Çünki “Qarabağ” “Aberdin”dən güclüdü. Sadəcə Şotlandiyadakı matçda bir az artırmaq lazımdı. Səfər meydançasında “Qarabağ” qalib gələrək qruplara qalacaq. Hər iki komandamızın qruplara qalacağına inanıram".

Xəbər xətti