“Azərbaycanda oynamaq mənə xoş idi. Uzun illər orada qaldım və futbol oynadım. Azərbaycanda yaşamaq, orada futbolçu karyeramı davam etdirmək həm mənim, həm də ailəm üçün xoş idi, gözəl anlar yaşadıq”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Stepan Polyak deyib.
Azərbaycan Premyer Liqasında oynamış xorvatiyalılardan olan Polyak “Simurq” və “İnter” (indiki “Keşlə”) formaları geyinmişdi.
37 yaşı olmasına baxmayaraq futbolçu karyerasını Xorvatiyada davam etdirən Polyak, həmyerlisi Filip Ozobiçin Azərbaycan milli komandasına cəlb edilməsindən söz açıb:
“Ozobiçin Azərbaycan millisindəki mümkün çıxışı haqda oxumuşam. Əgər onun milliyə xeyir verəcəyini düşünürlərsə, Ozobiç özü də millidə oynamaq istəyirsə, bu xoş hadisədi. Filip uzun illərdi ki, Azərbaycanda yaşayır və onun milliyə cəlb edilməsi normaldı. Ümid edirəm ki, onun üçün hər şey yaxşı alınacaq”.
