Milliyə ilk dəfə cəlb edilən forvard: "Özümü millidə oynamağa hazır hesab edirəm"

17:39 - 26 Avqust 2021

“Milli komandaya dəvət edilmək çox yaxşı hisdi. Onsuzda, milli komandada oynamaq hər bir futbolçunun arzusudu. Mənim də həmçinin”.

Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandaya ilk dəfə dəvət edilən Ülvi İsgəndərov deyib.


“Qəbələ”nin hücumçusu əsas milliyə daima cəlb olunmaq üçün əlindən gələni edəcəyini söyləyib. Onun sözlərinə görə, mümkünsüz heç nə yoxdu: “Milli komandaya hər bir futbolçu cəlb edilə bilər. Doğrudu, hələ nəsə etməmişəm.

Amma növbəti toplanışlarda da millidə yer almaq üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Özümü əsas millidə oynamağa hazır hesab edirəm”.

 

Xəbər xətti