Argentina millisinin üzvü "İnter"də

17:22 - 26 Avqust 2021

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Latsio"dan Xoakin Korreanı rənglərinə bağlayıb. Bu barədə "İnter"in rəsmi saytı məlumat yayıb.

 

Son İtaliya çempionu 27 yaşlı hücumçu ilə 2025-ci ilin iyun ayınadək müqavilə imzalayıb. "İnter" bu transfer üçün Roma təmsilçisinə 31 milyon avro ödəyib.

 

Qeyd edək ki, Korrea "Latsio"ya 2018-ci ildə "Sampdoriya"dan transfer olub. Argentina millisinin üzvü son mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 45 oyunda 10 qol və 5 asistlə yadda qalıb.

Xəbər xətti