Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo “Yuventus”u tərk etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, portuqaliyalı “Yuventus” rəhbərliyilə görüşərək klubdan getmək istədiyini onlara bildirib.
Bununla yanaşı artıq futbolçunun Turin klubunun bazasındakı əşyalarını da toplayıb və orada heç bir əşya saxlamayıb.
Ronaldonun PSJ və “Mançester Siti” arasında seçim edəcəyi ehtimal edilir.
