"Qarabağ"ın "Aberdin"i məğlub edib qrupa vəsiqə qazanacağına inanırdım"

11:46 - 27 Avqust 2021

“Qarabağ” “Aberdin”ə qarşı çox yaxşı futbol nümayiş etdirdi. Oyunu izlədim. Həqiqətən də ilk dəqiqələrdən sona qədər baxımlı futbol nümayiş etdirdi “Qarabağ”. Nəticəyə görə mən də sevindim. “Qarabağ”ı təbrik edirəm”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Artim Şakiri deyib.

“Qarabağ”ın şimali makedoniyalı sabiq futbolçusu komandanın Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanması haqda danışıb. Ağdam təmsilçisinin heyətində oynamış adlı-sanlı futbolçulardan olan Şakiri “Qarabağ”ın qrupda da uğurlu çıxış edə biləcəyinə inandığını söyləyib: “Qarabağ”ın “Aberdin”i məğlub edərək qrupa vəsiqə qazanacağına inanıram.

​Çünki komandanın bunun üçün yaxşı təcrübəsi də var. “Qarabağ”ın qrupda da uğurlu nəticə qazana biləcəyinə inanıram. Onlara hansı rəqiblərin düşməsindən asılı olmayaraq, qrup oyunlarında da uğurlar arzulayıram”.

 

Xəbər xətti