"Legiya"nın hücumçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsinin "Slaviya" ilə cavab oyunundan sonra yerli mətbuata danışıb.
Sportal.az xəbər verir ki, dubl edərək Varşava klubuna 2:1 hesablı qələbə qazandıran və komandasının qrup mərhələsinə düşməsində önəmli rol oynayan Emreli matçla bağlı bu cür danışıb:
“İnsanlar deyirdi ki, yalnız çempionatda qol vura bilirəm, avrokuboklarda yox. Bu vəziyyət də dramatik şəkildə dəyişdi. Mənim üçün ən vacib olan Avropa Liqasının qrup mərhələsinə adlamağımızdı. Əslində qolları kimin vurması o qədər də əhəmiyyətli deyil. İlk növbədə komandanın işinə diqqət yetirirəm. Bu, hamımızın uğurudu. Praqadakı oyundan sonra bizi daha ağır oyunun gözlədiyini demişdim. Həqiqətən də belə oldu. Nə qədər çox istəsən, onu əldə etmək bir o qədər çətindi. Azarkeşlərimizi və bütün Varşavanı təbrik edirəm. İndi qrupdakı oyunları gözləyirik.
Fasilədə çətin idi. Hər şeydən əvvəl mən sakitləşməyə çalışırdım. Biz bir-birimizə dedik ki, qol vurmaq üün hələ qarşıda 45 dəqiqə vaxtımız var. Rəqib də 10 nəfərlə oynayırdı. İkinci hissəsin başlamasına az qalmış öz-özümə dedim ki, bu matçda qol vuracam. Bunu hiss etmişdim, özümə güvənmək qərarı verdim. Bu da işlədi.
İlk qoldan sonra isə dayanmamalı olduğumu düşündüm. Komanda çox işlədi və ikinci zərbəni vurduq. Meydanı tərk edəndə əhval-ruhiyyəm yox idi. Çünki qonaqlar bizə təzyiq göstərirdi və bunu kənardan izləmək çətindi. Ancaq hər şey keçdi və biz qrupa düşdük. Görək bizi qarşıda nələr gözləyir".
saytlarin hazirlanmasi
