Azərbaycan üçün Paralimpiadada ilk qızıl medal

12:05 - 27 Avqust 2021

Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Sportal.az xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan idmançımız həlledici qarşılaşmada fransalı Sandrin Martine ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Hacıyeva paralimpiya çempionu olub. Bu, ölkəmizin paralimpiadada ilk qızı medalı olub.

Ötən gün pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

Xəbər xətti