"Hər 3 rəqibimiz futbol oynamağı bacarır"

12:18 - 27 Avqust 2021

“Bavariya”nın hücumçusu Tomas Müller Çempionlar Liqasının püşkatmasından sonra UEFA-nın rəsmi saytına danışıb.

Sportal.az xəbər verir ki, almaniyalı forvard hər 3 komanda haqda bunları deyib:

“Qrupdakı rəqiblərimiz Çempionlar Liqasında böyük təcrübəyə malik komandalardı. Həm “Benfika”, həm “Barselona”, həm də “Dinamo”(Kiyev) uzun illərdi ki, qrupda oynayırlar. Hər 3 rəqibimiz futbol oynamağı bacarır”.

"Bavariya" "Barselona", "Benfika" və "Dinamo"(Kiyev) klubları ilə birlikdə E qrupunda mübarizə aparacaq.

Xəbər xətti