Millimizə namizəd məşqçi Asiyada işləyəcək

15:25 - 27 Avqust 2021

Sloveniyalı mütəxəssis Sreçko Kataneçin yeni iş yeri bəlli olub.

Sportal.az xəbər verir ki, o, Özbəkistan yığmasının sükanı arxasına keçib.

58 yaşlı mütəxəssis asiyalılarla 3 illik müqavilə imzalayıb.

Sloveniyalı mütəxəssis ötən il Canni De Byazi ilə birlikdə Azərbaycan millisinə namizədlər arasında göstərilirdi.

​Amma AFFA sonda italiyalı mütəxəssisin üzərində dayanmışdı. Sreçkonun əsas uğuru Sloveniya millisi AVRO-2000 və DÇ-2002-nin final mərhələsinə çıxarmasıdı. 

Xəbər xətti