Riçard Almeyda "Qarabağ"dan yazdı - FOTO

16:21 - 27 Avqust 2021

“Qarabağ”a yenidən qayıdan Riçard Almeyda Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə görüşündən sonra şəxsi instaqram hesabından paylaşım edib.

Sportal.az xəbər verir ki, Almeyda Ağdam klubuna qayıtmasından yazıb:

“Yenidən böyük komanda olan “Qarabağ”a qayıtmağıma görə özümü çox xoşbəxt hiss edirəm. Şükür Allaha 1 ildən sonra yenidən Avropa turnirində oynadım! Komandamla fəxr edirəm. Yenidən bu komandaya qayıtmaq imkanı verildiyinə görə, təşəkkür edirəm. Həmişə əlimdən gələni edəcəm! İrəli, "Qarabağ"! Hər şeyə görə minnətdəram Allah!

Xəbər xətti