Tokio-2020: Daha bir idmançımız çempion oldu

14:16 - 28 Avqust 2021

Azərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, 63 kq-da mübarizə aparan idmançımız ukraynalı İrina Husiyeva ilə qarşılaşıb.

 

Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova paralimpiya çempionu olub.

 

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl medalıdır. Bundan əvvəl paracüdoçular Sevda Vəliyeva (57 kq), Namiq Abaslı (66 kq), Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh qızıl medal qazanacaq.

Xəbər xətti