"Yuventus" sabiq futbolçusu Moyze Kini yenidən komandaya qaytarır.
Sportal.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Turin təmsilçisi 21 yaşlı hücumçunu satın almaq şərti ilə "Everton"dan bir mövsümlük icarəyə götürəcək. Artıq İngiltərə təmsilçisi ilə razılıq əldə olunub.
Qeyd edək ki, Moyze Kin "Yuventus"un yetirməsidi. O, A Seriyası klubunun heyətində meydana çıxdığı 40 oyunda 11 qol vurub. Gənc forvard "Verona" və PSJ-də də icarə əasında çıxış edib. Kin 2019-cu ilin yayında "Yuventus"dan "Everton"a 40 milyon avroya transfer olmuşdu.
saytlarin hazirlanmasi
