"Yuventus" Ronaldonu onunla əvəzləmək istəyir

16:59 - 28 Avqust 2021

"Yuventus" "Real"ın vingeri Eden Azarla maraqlanır.

Sportal.az xəbər verir ki, Turin klubu belçikalı futbolçunu icarəyə götürmək istəyir. "Qoca sinyora"nın məqsədi "Mançester Yunayted"ə keçən Kriştiano Ronaldonu Azarla əvəzləməkdi.

Belçika millisinin üzvü 2019-cu ildə "Çelsi"dən 115 milyon avro qarşılığında "Real"a keçib. 30 yaşlı ön xətt oyunçusu ötən mövsüm "kral klubu"nun heyətində 21 oyunda meydana çıxıb və 4 qol, 1 asistlə yadda qalıb.

Xəbər xətti