"Renn" türkiyəli qapıçı ilə müqavilə imzaladı

21:21 - 28 Avqust 2021

Fransanın "Renn" klubu Türkiyənin "Kayserispor" klubunun qapıçısı Doğan Alemdarı transfer edib.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi bu keçid üçün 3,5 milyon avro təzminat ödəyib. 18 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.

 

Gənc qapıçı "Kayserispor"un yetirməsidir.

Xəbər xətti