Millimizin üzvü Namik Ələsgərov Türkiyə 1-ci liqasında debüt edib.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin “Bursaspor”da meydana çıxdığı ilk matç komandasının məğlubiyyətilə yekunlaşıb.
"Eyüpspor”la keçirilən qarşılaşmanın start heyətində yer alan futbolçu 69-cu dəqiqədə əvəzlənib. Görüş "Bursasspor"un məğlubiyyəti ilə başa çatıb - 0:2.
Rəqib komandanın ilk qolunu, 65-ci dəqiqədə U-21 yığmamızın sabiq üzvü Timur Təməltaş vurub. İkinci qolu isə Pa Dibba 86-cı dəqiqədə aktivinə yazdırıb.
