“Şalke” və Mərakeş milli komandasının yarımmüdafiəçisi Amin Harit Fransada çıxış edəcək.
Sportal.az xəbər verir ki, “Qalatasaray”ın transfer etmək istədiyi Harit Türkiyəyə gəlməkdən imtina edərək
Fransaya yollanmağa qərar verib.
Harit Marsel klubunda icarə əsasında çıxış edəcək. 24 yaşlı yarımmüdafiəçi “Nant” yetirməsidi və 2017-ci ildə Fransa klubundan “Şalke”yə keçib.
