"Mançester Yunayted"i "Borussiya"ya dəyişəcək?

13:25 - 29 Avqust 2021

“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot komandanı tərk etməyəcək.

Sportal.az xəbər verir ki, “Borussiya” (Dortmund) onu transfer etmək istəsə də, futbolçu özü komandadan ayrılmaq niyyətində deyil.

Ötən mövsümü icarə əsasında “Milan”da keçirən Dalotun 2021/2022 mövsümün “Mançester Yunayted”də keçirəcəyi ehtimal edilir. Çünki futbolçu mövsümöncəsi hazırlıq prosesində məşqçilər korpusunun etimadını qazana bilib.

“Porto” yetirməsi olan 22 yaşlı futbolçu 2018-ci ildə “Mançester Yunayted”ə keçib.

Xəbər xətti