"Vest Hem" "Çelsi"nin futbolçusunu transfer etdi

16:54 - 29 Avqust 2021

"Çelsi"nin müdafiəçisi Kurt Zuma karyerasını "Vest Hem"də davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, "çəkicdöyənlər" bu keçid üçün 26 milyon funt-sterlinq təzminat ödəyib. Fransalı stopperlə 4 illik müqavilə imzalanıb.

 

26 yaşlı müdafiəçi 2014-cü ildə "Sent-Etyen"dən "Çelsi"yə keçmişdi.

Xəbər xətti