"Fiorentina" "Real"ın futbolçusunu icarəyə götürdü

16:01 - 29 Avqust 2021

"Fiorentina" "Real"ın müdafiəçisi Alvaro Odriosolanı icarəyə götürüb.

 

Sportal.az xəbər verir ki, İspaniya millisinin üzvü ilə 1 illik icarə müqavilə imzalanıb. O, "bənövşəyilər"də 29 nömrəli formada çıxış edəcək.

 

25 yaşlı müdafiəçi ötən mövsüm icarə əsasında "Bayern"də oynayıb.

Xəbər xətti