Polşa çempionatında növbəti turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" 6-cı tur çərçivəsində öz oyununu keçirəcək.
Varşava klubu "Visla"nın qonağı olacaq. Krakov klubu ilə görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Mahirin komandası 6 xalla turnir cədvəlinin 13-cü pilləsindədi.
