"Adana Dəmirspor" "Brügge"nin müdafiəçisini aldı

18:18 - 29 Avqust 2021

Türkiyənin "Adana Dəmirspor" klubu daha bir transfer reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Belçikanın "Brügge" klubunun müdafiəçisi Simon Delini transfer edib. 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

 

Fil Dişi Sahilindən olan futbolçu 2019-cu ildə "Slaviya"dan (Praqa) "Brügge"yə 2,5 milyon avro qarşılığına keçmişdi.

Xəbər xətti