Fransa millisinin üzvü Eduardo Kamavinqa “Renn”i tərk etmək istəyir.
Sportal.az xəbər verir ki, klubu onun 35 milyon avro qiymət qoyub.
Kamavinqa "Renn"i tərk etmək istəsə də, komandanın baş məşqçisi Bruno Jenezio rəhbərliyə gənc futbolçunun saxlanılması üçün müraciət edib.
2002-ci il təvəllüdlü Anqola əsilli futbolçu “Renn”in yetirməsidi.
Onun xidmətində PSJ maraqlıdı. Kamavinqa Fransa millisinin heyətində 3 oyun keçirib.
