Azərbaycan çempionu Çempionlar Liqasında rəqiblərini tanıyacaq

11:00 - 30 Avqust 2021

Bu gün futzal üzrə Çempionlar Liqasında püşkatma keçiriləcək.

Sportal.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək "Araz" da 2-ci mərhələdə qrupdakı rəqiblərini bu gün tanıyacaq.

İlk mərhələdə qrupda 2-ci pilləni tutaraq növbəti mərhələyə adlayan “Araz” UEFA-nın qanunlarına görə ilk mərhələdə eyni qrupda oynayan komanda ilə bir də eyni qrupa düşə bilməz. Bu isə Naxçıvan təmsilçisinin yenidən "Kampuksen Dinamo" ilə eyni qrupda olmayacağı anlamına gəlir.

​Püşkatma 18:00-da start götürəcək.

Xəbər xətti