Millimizin sabiq üzvü Belarus klubunda: "İnanmayanlar məni daha güclü edir" - FOTO

11:39 - 30 Avqust 2021

Azərbaycan millisinin sabiq oyunçusu Ruslan Qurbanov Belarusda oynayacağı haqda xəbər vermişdik.

Sportal.az xəbər verir ki, Qurbanov “Slaviya Mozır”la rəsmi müqaviləyə qol çəkib. O, dekabra kimi Belarus klubunun formasını geyinəcək.

O, transferi barədə şəxsi instaqram səhifəsində bu cür yazıb: “Rəsmi olaraq “Slaviya”nın oyunçusuyam. Əlimdən gələni edəcəm. Mənə inananlara təşəkkür edirəm. İnanmayanlar isə, məni daha güclü edir”.

 

Xəbər xətti