"Reccina"nın sabiq futbolçusunun "Zirə"yə keçidi baş tutacaq?

13:48 - 30 Avqust 2021

"Zirə" heyətini konqolu futbolçu ilə gücləndirməyə yaxın olsa da, istəyinə çatmayıb. 

Sportal.az qəsəbə təmsilçisinin “Qaz Metan”da çıxış edən İves Simon Pambunu transfer etmək istəməsi ilə bağlı bir müddət əvvəl yazmışdı.

Belə ki, qəsəbə klubu 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa hazırlaşırmış. Amma son anda konqolunun “Zirə”yə keçidi baş tutmayıb.

Belə ki, danışıqların sonunda Pambu Rumıniyada qalaraq karyerasında “Qaz Metan”da davam etdirmək istəyib.

​Xatırladaq ki, Konqo millisinin üzvü karyerası ərzində “Reccina”, “Dunayska Streda”, “Qrenobl” klublarında oynamışdı.

Xəbər xətti