Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "qara qartallar" Fransanın "Le Havr" klubunun müdafiəçisi Umut Meraşı rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi satytı məlumat yayıb.
Türkiyə millisinin üzvü ilə 3+1 illik müqavilə imzalanıb. "Beşiktaş" 25 yaşlı sol cinah müdafiəçisi üçün Fransa klubununa 1,5 milyon avro ödəyəcək. Futbolçu yeni komandasında 77 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Umut Meraş "Boluspor"un yetirməsidi. O, "Le Havr"a 2019-cu ilin yayında "Bursaspor"dan transfer olmuşdu.
saytlarin hazirlanmasi
