Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Leypsiq"in yarımmüdafiəçisi Marsel Sabitzeri rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Avstriya millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. "Bavariya" bu transfer üçün "Leypsiq"ə 16 milyon avro ödəyib. 27 yaşlı futbolçu yeni klubunda 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Marsel Sabitzer son mövsümdə "Leypsiq"in heyətində meydana çıxdığı 39 matçda 9 qol 7 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi
