Çempionlar Liqası: Azərbaycan klubunun rəqibləri müəyyənləşdi

19:40 - 30 Avqust 2021

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, tu turnirdəki təmsilçimiz “Araz-Naxçıvan” 6-cı qrupunda yer alıb. Ölkə çempionu elit-raunda yüksəlmək üçün Uraqan İvano – Frankivsk (Ukrayna), Liqeni (Kosovo) və United Qalati (Rumıniya) komandaları ilə qarşılaşacaq.

 

Bu mərhələnin oyunları 26-31 oktyabr tarixlərində Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.

Xəbər xətti