Villian "Arsenal"dan ayrıldı - yeni klubu müəyyənləşdi

11:49 - 31 Avqust 2021

Braziliya millisinin üzvü Villian "Arsenal"dan ayrılıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı vinger karyerasını ölkəsində davam etdirəcək. O, "Korintians" klubu ilə müqavilə imzalayıb.

 

Villian "Korintians"ın yetirməsidir və 2007-ci ildə bu klubdan Ukrayna təmsilçisi "Şaxtyor"a keçmişdi. Braziliyalı futbolçu "Anji" və "Çelsi" klublarında da forma geyinib.

Xəbər xətti