"Bazel"in sahibi: "Rəqiblərimizi məğlub etmək zəruridi"

12:03 - 31 Avqust 2021

“Bazel”in sahibi David Degen Konfrans Liqasının püşkatmasını dəyərləndirib.

Sportal.az xəbər verir ki, İsveçrə klubunun sabiq futbolçusu olmuş 38 yaşlı futbol adamı "Qarabağ", "Kayrat" və “Omoniya” ilə eyni qrupda yer almaqlarından narazı qalıb. Bununla yanaşı o, bütün rəqibləri məğlub etməyə borclu olduqlarını söyləyib:

"Bizi uzun məsafələrə uçuşların gözləməsindən narazıyam. Amam ümumi olaraq püşkatmadan razıyam. Rəqiblərimizi nəzərdə tuturam. Onları məğlub etmək nəinki mümkündü, həm də zəruridi”.

Xəbər xətti