İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi Moskva CSKA-sının yarımmüdafiəçisi Nikola Vlaşiçi rənglərinə bağlayıb. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Vest Hem" Xorvatiya milli komandasının üzvü üçün Rusiya klubuna 30 milyon avro ödəyib.
Qeyd edək ki, son mövsümdə Vlaşiç ÇSKA-nın heyətində meydana çıxdığı 34 oyunda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
