"Mançester Yunayted" Ronaldo transferini açıqladı

12:47 - 31 Avqust 2021

İngiltərənin "Mançester Yunayted" klubu Kriştiano Ronaldonun transferini rəsmən açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı ulduz futbolçu ilə 2+1 illik rəsmi müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Qırmızı şeydanlar" 36 yaşlı hücumçu üçün "Yuventus"a 15 + 8 milyon avro təzminat ödəyəcək.

Xəbər xətti