Azərbaycan millisinə namizədlərdən hesab edilən Əmir Ağayev özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi "Qarabağ"ın bu mövsüm avrokuboklardakı rəqiblərindən olan "Aşdod"la anlaşıb.
"Sumqayıt"ın 29 yaşlı sabiq üzvünün bu yay Azərbaycana qayıtmaq ehtimalı olsa da, bu son anda baş tutmayıb və Ağayev "Aşdod"a keçməyə qərar verib.
