Kriştiano Ronaldonu heyətinə cəlb edən "Mançester Yunayted" bir futbolçusu ilə yollarını ayırır.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Daniel Ceymsi "Lids Yunayted"ə satır. Mançester təmsilçisi bu keçiddən 25 milyon funt-sterlinq qazanacaq.
23 yaşlı uelsli yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra "Lids Yunayted"lə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Daniel Ceyms "Mançester Yunayted"ə 2019-cu ildə "Suonsi"dən transfer olub. O, son mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 26 oyunda 5 qol və 2 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi
