"Qalatasaray"ın hücumçusu Fransa klubunda

15:03 - 31 Avqust 2021

"Qalatasaray"ın hücumçusu Mustafa Məhəmməd karyerasını Fransada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi misirli forvardı "Bordo"ya satır. 23 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün Fransaya yola düşüb.

 

"Qalatasaray" Mustafa Məhəmmədi Misirin "Zamalek" klubundan 4 milyon dollara satın amaq şərtilə 1,5 illik icarəyə götürüb. "Sarı-qırmızılar" bu məbləği ödəyib oyunçunun transfer hüququnu əldə edəcək və onu "Bordo"ya daha baha qiymətə satacaq.

 

Qeyd edək ki, Mustafa Məhəmməd "Qalatasaray" forması ilə 25 oyunda meydana çıxıb və 9 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti