Türkiyənin "Beşiktaş" klubunda ayrılıq baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Cermeyn Lenslə yollarını ayırıb. Niderlandlı futbolçunun müqaviləsinə xitam verilib.
33 yaşlı vinger karyerasını İstanbulun digər klubu "Fatih Karagümrük"də davam etdirəcək.
Qeyd edək ki, Cermeyn Lens "Beşiktaş"a 2018-ci ildə İngiltərənin "Sanderlend" klubundan transfer olub. O, son mövsümün ikinci yarısını icarə əsasında "Fatih Karagümrük"də keçirib.
saytlarin hazirlanmasi
