Azərbaycandan Tokioda 15-ci medal

15:46 - 31 Avqust 2021

Azərbaycan Tokio-2020 Yay Paralimpiya oyunlarında növbəti medalını qazanıb.

Sportal.az xəbər verir ki, para-atletimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda 2-ci olub. O, gümüş medala yiyələnib.

Azərbaycanın aktivində hazırda 15 medal var. Bunlardan 10-u qızıl, 1-i gümüş, 4-ü isə bürüncdü.

Xəbər xətti