Portuqaliya millisinin üzvü İngiltərə Premyer Liqasında?

16:56 - 31 Avqust 2021

“Lill” və Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renato Sançes İngiltərə Premyer Liqasında oynamağa yaxındı.

Sportal.az xəbər verir ki, “Vulverhempton” portuqaliyalı futbolçunu transfer etmək niyyətindədi. Bir müddət əvvəl əməliyyat edilən və 1,5 ay sonra meydanlara qayıdacaq futbolçunun transfer dəyəri 30 milyon avrodu.

“Benfika”, “Bavariya” və “Suonsi”də çıxış etmiş Renato İngiltərəyə qayıtmaq istəyir.

O, ötən mövsüm "Lill"İn heyətində Fransa çempionluğunu yaşayıb. 

Xəbər xətti